LOADING ...

Sevdi Ürək

Song info

"Sevdi Ürək" (2015)

"Sevdi Ürək" Videos

Namiq Qaraçuxurlu ft Aygün Kazimova - Sevdi ürək
Namiq Qaraçuxurlu ft Aygün Kazimova - Sevdi ürək
Aygün Kazımova & Zaur Kamal  - Sevdi Ürək
Aygün Kazımova & Zaur Kamal - Sevdi Ürək
Eldar Mansurov — Sevdi Ürək (İfa: Namiq Qaraçuxurlu & Aygün Kazımova)
Eldar Mansurov — Sevdi Ürək (İfa: Namiq Qaraçuxurlu & Aygün Kazımova)
Aygün Kazımova & Namiq Qaraçuxurlu - Sevirəm (Official Video)
Aygün Kazımova & Namiq Qaraçuxurlu - Sevirəm (Official Video)
Sevdi Ürək (feat. Aygün Kazımova, Namiq Qaraçuxurlu)
Sevdi Ürək (feat. Aygün Kazımova, Namiq Qaraçuxurlu)
Sevdi Ürək (feat. Aygün Kazimova)
Sevdi Ürək (feat. Aygün Kazimova)
Aygün Kazımova - Sevdim (Official Music Video)
Aygün Kazımova - Sevdim (Official Music Video)
Aygün Kazımova - Sevdim (Zaurla GÜNAYdın)
Aygün Kazımova - Sevdim (Zaurla GÜNAYdın)
Aygün Kazımova - (Mix 2021-2022)
Aygün Kazımova - (Mix 2021-2022)
Айгюн Кязимова-Я и Ты (Aygun Kazimova -Ya i Tı)
Айгюн Кязимова-Я и Ты (Aygun Kazimova -Ya i Tı)
Sevdi Ürək (Version 2)
Sevdi Ürək (Version 2)
Aygün Kazımova - Dəyməzmiş (Rəsmi Musiqi Videosu)
Aygün Kazımova - Dəyməzmiş (Rəsmi Musiqi Videosu)
Aygün Kazımova - Vəfasızlar Unudulmur (Rəsmi Musiqi Videosu)
Aygün Kazımova - Vəfasızlar Unudulmur (Rəsmi Musiqi Videosu)
Aygün Kazımova ft Xəyyam Nisanov - Любимая
Aygün Kazımova ft Xəyyam Nisanov - Любимая
Aygun Kazimova Seni bele sevmediler 2015 Söz: Leyli Musiqi: Hakan Erol
Aygun Kazimova Seni bele sevmediler 2015 Söz: Leyli Musiqi: Hakan Erol
Aygün Kazımova - Qorxuram (Rəsmi Musiqi)
Aygün Kazımova - Qorxuram (Rəsmi Musiqi)
Aygün Kazımova - Mən sevirəm səhərə qədər
Aygün Kazımova - Mən sevirəm səhərə qədər
Aygün Kazımova - Mən sevirəm səhərə qədər (megamix)
Aygün Kazımova - Mən sevirəm səhərə qədər (megamix)
Aygün Kazımova & Rəsul Əfəndiyev - Dola Mənə Qolunu (Official Video)
Aygün Kazımova & Rəsul Əfəndiyev - Dola Mənə Qolunu (Official Video)
Aygün Kazımova - Hardasan (5də5)
Aygün Kazımova - Hardasan (5də5)

Lyrics

Bu nə cür eşq odudur ki, bürüyübdür canımı
Özümü atəşə saldım sevib Aygün xanımı
O da sanki, aya bənzər, günə bənzər bir adam
Ona məncə vurular, aşiq olar hər bir adam

Səninlə ki, görüşmüşəm
Ah nə yaman dəyişmişəm
Mən də bu eşqə düşmüşəm
Mən də sevirəm

Səninlə ki, görüşmüşəm
Ah nə yaman dəyişmişəm
Mən də bu eşqə düşmüşəm
Mən də sevirəm, mən sevirəm

Məni sevsəndə yenə mən daha artıq yanıram
Sənə kim eşqini elan eləyir, qısqanıram
Öz əlin dəysə sənə, qısqanıram əllərini
Mənə qalsa deyərəm, tökmə üzə tellərini

Nə günah sahibiyəm ki, axı az danla məni
Məni el sevsə də, yalnız səninəm anla məni

Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şübhə ilə baxma belə
Mən də sevirəm

Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şübhə ilə baxma belə
Mən də sevirəm, mən sevirəm

Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı

Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı

Nəcə isbat eləyərsən, mənə məhəbbətini
Eliyərsənmi, desəm tərk elə öz sənətini
O zamanda ürəyim rahat olar dincələrəm
Səni bu sevgi də öz yarına sadiq bilərəm

Dərk elə öz söhbətini, gəl unut bu niyyətini
Sən sevirsən sənətini, mən də sevirəm

Dərk elə öz söhbətini, gəl unut bu niyyətini
Sən sevirsən sənətini, mən də sevirəm, mən sevirəm

Elədirsə qoşulaq bir-birinə ad eləyək
Sən oxu məndə deyim, bir təzə icad eləyək
Ola gerçək və həyata keçə bu xülyamız
Həmi sənət yaşasın, həm də bizim sevdamız

Var idi məndə də çoxdan belə bir arzu, dilək
Yaradaq mahnı qoyaq biz adını "Sevdi Ürək"

Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
Yarım məni sevir yaman, məndə sevirəm

Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
Yarım məni sevir yaman, məndə sevirəm, mən sevirəm

Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı

Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı


Albums has song "Sevdi Ürək"

Singles

Singles

  279 songs